"Eurovision" təşkilatçıları müsabiqənin nəticələri haqda son qərarlarını veriblər. SİA-nın verdiyi xəbərə görə, Ukraynanı təmsil edən Camalənin (Jamala) qalib olmasına etiraz məqsədi ilə yaradılan petisiyaya yarışmanın rəsmi saytında cavab verilib: "Siz bununla razı olmaya bilərsiniz, amma biz sizi nəticələri tanımağa çağırırıq. Nəticələr bütün qaydalara uyğun elan olunub. Bu, müsabiqədir və yalnız bir qalib olur. Başa düşürük ki, builki nəticələrlə razı deyilsiniz. Ancaq bütün yarışlarda nəticələr subyektiv olur və hər dəfə kimsə etiraz edir".
Açıqlamada bildirilir ki, Camalə həm münsiflər, həm də tamaşaçılar tərəfindən dəstək alıb:"Avstraliyadan olan Dami İm münsif səsverməsinin, Rusiyadan olan Sergey Lazarev isə tamaşaçı səsverməsinin qalibi olub. Onlar nəticələrə ləyaqətlə yanaşdılar. Ona görə də biz onlara böyük təşəkkürümüzü bildiririk. Camalə isə münsif və tamaşaçı səsverməsinin ümumi qalibi olub".
Qeyd edək ki, bununla da "Eurovision" təşkilatçıları nəticələrin dəyişməyəcəyini deyərək, söz-söhbətə son qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB