Niyam Mətanətin arzusunu ürəyində qoydu

Niyam Mətanətin arzusunu ürəyində qoydu

Müğənni Niyam Səlami duet ortağı Mətanət Əsədovadan söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı həmkarı haqda bunları deyib: "Bildiyiniz kimi, Mətanət xanımla "Hanı, o sevgimiz" adlı mahnını duet oxumuşduq. Hətta, bu bəstəyə M.Əsədova ilə klip çəkdirmək istəyirdim. Lakin Mətanət xanım 62 gün xəstə yatdığı üçün ekran işini gerçəkləşdirə bilmədik. Xanım Əsədova səhhəti normallaşandan sonra bildirdi ki, klip çəkilişlərinə başlayaq. Amma mən razılaşmadım. Çünki hər şeyin öz məqamı var. Onu da deyim ki, mahnılarımdan birinə rejissor Nazim klip çəkəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə