Türkiyəli aktrisa Fahriye Evcen sosial şəbəkədə tənqid olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa Oya Aydoğan ölüm ayağında olarkən, Fahriye bir dəfə də olsun, xəstəxanada ona baş çəkməyib.
Halbuki, gənc aktrisanın məşhurlaşmağında O.Aydoğanın böyük əməyi olub. Bu barədə rejissor Umit Efekan bu gün qatıldığı "Elifnağme" proqramında danışıb: "2006-cı ildə "Hasret" adlı serialın çəkilişinə başlayırdım. Baş rolu Fatma Girikin oynadığı seriala Oyanın xahişi ilə Fahriyeni də dəvət etdim. Həmin vaxtlar F.Evceni heç kim tanımırdı. Oya xahiş etməsəydi, rolu Fahriyeye əsla verməyəcəkdim. Həmin serialdan sonra Evcen tanınmağa başladı. Amma Fahriye bir dəfə də olsun xəstəxanada ona baş çəkmədi".
Qeyd edək ki, rejissorun bu açıqlamasından sonra sosial şəbəkələrdə Fahriye qınaq obyektinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB