Müğənni Türkiyədə nüfuzlu mükafata layiq görüldü FOTOLAR

Müğənni Türkiyədə nüfuzlu mükafata layiq görüldü FOTOLAR

İstanbulda "Dünya Qarapapaq Türkləri Birliyi"nin İş və Siyasət Dünyasının qurultayı keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə müğənni Rövşən Civişov məlumat verib. Tədbirdə 150 yaxın iş adamı və siyasət dünyasının adamları iştirak ediblər. Mərasim həm siyasi, həm də bədii formatda davam edib. Tədbirə Azərbaycandan ifaçıyla yanaşı aparıcı Lətafət Ələkbərova da qatılıb.

Qeyd edək ki, mərasimdə bir neçə xalq mahnılarını ifa edən Rövşən Civişov və bir sıra iş adamları "Dünya Qarapapaq Türk Birliyi" tərəfindən mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə