Rəqqasə Fatimə Amerikadan əli dolu qayıtdı FOTOLAR

Rəqqasə Fatimə Amerikadan əli dolu qayıtdı FOTOLAR

Rəqqasəsi Fatimə Fətəliyeva Amerikadan qayıdıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi Amerikada konsert proqramında çıxış edərək mükafatlar qazanıb: "Bu günə qədər dünyanın müxtəlif ölkələrində Azərbaycan milli rəqsini layiqli şəkildə təqdim etmişəm. Bunun üçün də hər zaman qürur duymuşam. Müxtəlif ölkələrdə olsam da bu mənim Amerikaya ilk səfərim idi. Bizi orada çox gözəl qarşıladılar. Amerikada özümə yeni dostlar qazandım. Konsertə gəlincə isə hər şey çox gözəl və peşəkar şəkildə təşkil edilmişdi. Həmin konsertdə "Sarı gəlin"lə yanaşı, daha üç rəqsimi nümayiş etdirdim. Çıxışım alqışlarla qarşılandı və Novruz bayramında da Amerikada keçirilən tədbirə dəvət aldım. Çıxışım gözəl qarşılandığına görə, mənə mükafatlar da verdilər. Bütün bunlara görə konsertin təşkilatçısı Frida xanıma təşəkkür edirəm. Gecədə sənətçi dostum Rüfət Axundovun da möhtəşəm çıxışı oldu. Onunla birgə yola çıxmaq mənim üçün xoş idi. Amerikada gəzmək üçün az vaxt olsa da gəzə bildik".

Bütün xəbərlər Facebook səhifəmizdə