"Eurovision 2016"-da münsiflər heyətlərinin verdiyi səslər bəlli olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən məlumatına görə, Azərbaycanın münsiflər heyətində rejissor Gülçöhrə Şəfiyeva, dirijor Əyyub Quliyev, opera ifaçısı Fərid Əliyev, xalq artisti Təranə Muradova və aparıcı Nərgiz Cəlilova yer alıb. Bütün münsiflər 1-ci yerə Rusiya təmsilçisi Sergey Lazarevi layiq biliblər.
F.Əliyevdən başqa digər 4 münsif 2-ci yerə Ukraynanı qalib edən Cəmaləni qoyublar. O, 2-ci yerə Bolqarıstanı, Camaləni isə 3-cü yerə yazıb. Hər 5 münsif sonuncu yerə Ermənistan təmsilçini layiq biliblər.
Rəsmi saytda tamaşaçıların gizli səsverməsi də açıqlanıb. Azərbaycan tamaşaçısı səslərini ardıcıl olaraq belə verib:
Rusiya – 12 xal
Ukrayna – 10 xal
Bulqarıstan – 8 xal
Macarıstan – 7 xal
İsrail – 6 xal
Malta- 5 xal
Fransa – 4 xal
Polşa – 3 xal
Avstraliya - 2 xal
Gürcüstan – 1 xal
Səsvermənin digər detalları ilə cədvəldə tanış ola bilərsiniz.
A - Gülçöhrə Şəfiyeva
B - Fərid Əliyev
C - Əyyub Quliyev
D - Nərgiz Cəlilova
E - Təranə Muradova




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB