Prezident Petro Poroşenko "Eurovision-2016" musiqi müsabiqəsinin qalibi Camalaya (Susana Camaladinova) "Ukraynanın xalq artisti" adı verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi məlumat verib.
"Bu, fantastik qələbədir. Sən bununla insanların böyük əksəriyyətini xoşbəxt etdin", - deyə prezident artistə fəxri mükafatı təqdim edib.
Qeyd edək ki, mayın 14-də Ukrayna təmsilçisi Camala 534 xalla "Eurovision 2016" mahnı müsabiqəsinin qalibi olub. Müsabiqədə 2-ci yerə Avstraliya təmsilçisi Demi İm, 3-cü yerdə isə Rusiya təmsilçisi Sergey Lazarev qərarlaşıb. Azərbaycan 117 xalla 17-ci yer tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB