Müğənni İzzət Bağırov uşaqlarından söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı oğlanlarının onun yolunu davam etdirməklərinin tərəfdarı olmadığını söyləyib: "Övladlarımın müğənni olmasını istəmirəm. Oğlanlarımı həkim, müəllim, hakim olsun. Xalqımıza qulluq etsin. Uşaqlarımın musiqiçi olmasını istəməməyimə səbəb əvvəlki kimi bu sənətdə hörmətin az olmasıdır. Həm də musiqiçi olmaq olduqca çətindir. Mən də zamanında keşməkeşli yollardan keçmişəm. İstəmirəm oğlanlarım əziyyət çəksin. Onu da qeyd edim ki, xalq artisti Sadıx Zərbəliyevin, əməkdar artist Cavanşir Məmmədovun oğlanları musiqiçi idi. Dərhal bu sənətdən uzaqlaşdırdılar. Onları başqa sənətə yönəltdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB