Əməkdar artist Lalə Məmmədova həmkarı Röya Ayxanın onunla bağlı dediyi "Müğənninin bir tərzi olar. Kim deyir ki, üzünə demişəm janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram" sözlərinə münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu haqda "İnstagram" səhifəsində yazıb: "Mən kiminsə yaradıcılığı haqda fikrimi söyləyə bilərəm, məsləhət vermək yox. Təbii ki, məsləhət istəsələr yalnız o zaman verərəm. Əzizim Röya, axı müasir qızsan, baltalamaq nədir? Baltalamaq artıq keçmişdə qaldı. İndi daha müasir üsul var: lazer şüası. Ağrısız və qansız, birdəfəlik kəsilir".
Qeyd edək ki, L.Məmmədova verilişlərin birində R.Ayxanla bağlı "Röyayla da gözəl münasibətim var. Röya da zəhmetkeş qızdır, bunu unutmaq olmaz. O, özünəməxsus yol tapıb. Hərdən ona deyirəm ki, gəl başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar" bu sözləri demişdi.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB