Müğənni Hadisənin Boluda verəcəyi konserti terror hadisələrinə görə təxirə düşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı alış-veriş mərkəzinin açılış münasibəti ilə təşkil ediləcək konsertdə çıxış etməli idi. Eyni zamanda sənətçi ilə imza günü təşkil edilməsi nəzərdə tutulmuşdu. Terror hadisələrini nəzərə alan müğənni tədbirlərini başqa günə keçirilməsi qərarını verib.
Hadisə sosial şəbəkədə bu barədə yazıb: "Konserti və imza günümü 29 maya təxirə saldıq. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına və ölkəmə səbr diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB