İki aşıq duet oxuyacaq

Aşıq Əli Tapdıqoğlu və Samirə Əliyeva duet hazırlayır. Bu haqda SİA-ya Ə.Tapdıqoğlu danışıb: "Hər kəsin dinləyib zövq ala bilcəyi duet ərsəyə gəlir. Bu qənaətə gəldik ki, duet hazır olana qədər, adını gizli saxlayaq. Samirə xanımla bir çox tədbirlədə, konsertlərdə birgə çıxış edirik. Canlı ifalarımız çox olub. Bunu nəzərə alaraq, bir neçə duet yazdırmaq qərarına gəldik".

Sənətçi aşıqlar arasında gedən "bir nömrə" iddiasına da münasibət bildirib:"Bu ifadəni çox eşidirəm. Amma mən özüm-özümə nömrə 1 demirəm. Mənə də maraqlı olardı ki, ictimaiyyət arasında sörğu aparılsın və kimin birinci olduğunu onlar müəyyən etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə