Adi insanlarla yanaşı idmanla məşğul olan şou-biznes nümayəndələrimiz də az deyil. SİA-ya idmanla bağlı tanınmışların fikirlərini təqdim edir:
Xalq artisti Məleykə Əsədova: "Gündüzlər az yeyirəm, gecələri çox qidalanıram. Amma sevənlərimə məsləhət görərdim ki, gecələri yeməkdən imtina etsinlər. Gündə az-az 5 dəfə yemək yeyin. Çörəkdən tamamilə imtina edin".
.jpg)
Əməkdar artist Abbas Bağırov: "İllər öncə çəkim həddindən artıq idi. O zamanlar mənim üçün həyat fərqli idi. Fikirləşirdim ki, həyat belə gözəldir. Amma çox səhv düşüncədə olmuşam. Hazırda sağlam həyat sürürəm. Vaxtı-vaxtında idman edirəm. Onu da deyim ki, arıqlamaq üçün səbr və iradə lazımdır".
.jpg)
Müğənni Sevda Yahyayeva: "2 aydır idmana fasilə vermişəm. Bir az kökəlmişəm. Onu da deyim ki, şirniyyatı sevmirəm".

Müğənni Ayaz Qasımov: "Ürəyim istədiyim kimi geyinə bilmirəm. Çünki çəkim artıqdır. Əvvəllər istədiyim kimi geyinirdim. Hazırda səhhətimdə problem olduğu üçün çox məşq edə bilmirəm. Amma sevənlərimə söz veririəm ki, normal çəkiyə düşəcəm. Artıq məşq etməyə başlamışam".

Müğənni Nadir Qafarzadə: "Hazır ki, görnüşümdən razıyam. İdeal çəkiyə sahib olmasam da mənə yaraşır. Belə ki, 80 kiloqramam. Boyum da 1.80-di. İstərdim çəkimdən 5 kiloqram azaldım. Çox arıqlasam mənə yaraşmaz".

Aparıcı Vüsalə Əlizadə: "Pəhriz saxlamıram. Arıq qalmağıma səbəb işlərimin çox olmasıdır. Ora-bura gedirəm. Zamanında 75 kiloqram idim".
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB