Röya: "Dostlarım qudurğanlıq edəndə mənə toxunur"

Röya: "Dostlarım qudurğanlıq edəndə mənə toxunur"

Əməkdar artist Röya Ayxan konserti haqda söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı konserti haqda bunları deyib: "Uzun vaxt idi ki, klubda konsert vermirdim. Nəhayət mayın 27-də məkanların birində səhnəyə çıxacam. Gecədə ukranyalı dj qızlar olacaq. Klub 1500 nəfərlikdir. Hər kəsi konsertimə gözləyirəm".

Röya "Bağdat" mahnısına görə başına gələn pis hadisədən danışıb: "Dostum, müğənni Zamiq məndən xahiş etdi ki, "Bağdat" mahnısını oxuyum. Zamiq məndən xahiş edən zaman sevgilisi ilə münasibətimizi yaxşı deyildi. Mən də bu bəstəni onun sevgisinə həsr etdim. Türkiyədən mənə xəbər gəldi ki, icazə almadan "Bağdat"ı ifa etdiyim üçün pul ödəməliyəm. Amma mən onlara izah etdim ki, həmin bəstəni özüm üçün oxumuşam. Bildirdim ki, "Bağdat"ı yerli müğənnilər çox oxuyub, onları da cərimələyin (gülür)".

Sənətçi yeni işindən də söz açıb: "Zamiqlə klip çəkdirəcəyik. Çəkilişlər Batumidə olacaq. Hazırda Zamiq Maldiv adalarında istirahət edir".

İfaçı dostlarına qarşı hər zaman xoş münasibətdə olduğunu bildirib: "Dostlarıma qarşı hər zaman diqqətciləm. Amma onlar qudurğanlıq edəndə mənə toxunur. Sevda Yahyayeva ilə də yaxınıq. Münasibətimiz çox sıxdır".

Bütün xəbərlər Facebook səhifəmizdə