Sərdar Ortaç boşanır?

Türkiyəli müğənni Sərdar Ortaçın həyat yoldaşı Kloe Louqhnan model agentliyində işləməyə başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Kloe bunun üçün tez-tez Amerikaya getməli olur. Amma həyat yoldaşı, müğənni Sərdar Ortaç bu səfərlərdə onu tək qoyur.

Yaxın dostları buna cütlüyün aralarında yaşanan davaların səbəb olduğunu deyib. Ortaçın bir müddətdir dostları ilə bu məsələ haqqında danışdığı, "Evliliyimizi xilas edə bilmirik. Hər an boşanma qərarı ala bilərik" deyə, söylədiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə