Müğənninin axtardığı sevgilisi tapıldı FOTO

Müğənninin axtardığı sevgilisi tapıldı FOTO

Türkiyəli müğənni Bengü, yeni sevgilisiylə "Bebek" yolunda tıxacda qalarkən fotokamerala tuş gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, tıxacda yeni sevgilisi ilə yaxalanan Bengü maqazin müxbirlərini görüncə, təşvişə düşüb. Uzun tıxaca görə, qaldığı yerdən uzaqlaşa bilməyən cütlüyün əhvalı bir anda pozulub. Avtomobil tixacdan çıxan kimi şəhərin ara küçələrinə doğru irəliləyib, müğənni jurnalistlərdən yaxa qurtarmağa çalışıb.

Qeyd edək ki, ifaçı Akın Aldanla bir müddət eşq yaşayıb. Bengü ondan ayrıldıqdan sonra bir müddət sevgiyə ara vermişdi. Sənətçi sonuncu müsahibəsində yeni sevgili axtardığını demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə