Türkiyəli müğənni Sinan Akçıl və Erkan Petekkaya yeni duet hazırlayır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, verir ki, iki məşhur ötən gecə "Mekan Oskarları" ödül mərasimi üçün jurnalist Kenan Erçetingöz ilə bir araya gəlib. Üçlük 2 saat davam edən görüş keçirib.
Məkandan ilk ayrılan müğənni Sinan Akçıl "Mekan Oskarları" gecəsində mahnı oxuyacaqları xəbərini verib: "Erkan bəylə mənim ifam açılışın ilk mahnısı olacaq. Ajda Pekkanın ifası ilə bağlanacaq. O gecəyə xüsusi bir mahnı yazmışam".
İrem Derici ilə çəkildiyi klip barədə sulları cavablandıran müğənni "İremlə maraqlı klip çəkdirdik. İki həftəyə qədər musiqi kanallarında olacaq. İremi qaçırdım, amma peşmanam" deyərək, jurnalistlərə yarızarafat cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB