Aktrisanın səhhəti günü-gündən pisləşir

Aktrisanın səhhəti günü-gündən pisləşir

Bir neçə gün öncə aorta damarı cırılan türkiyəli aktrisa Oya Aydoğan hələ də reanimasiyadadır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa haqqında həkimi "Sağlamlıq vəziyyəti ciddiliyini qorumaqdadır, həyatı təhlükəsi davam edir. Yeni çəkilən beyin tomoqrafiyasının nəticəsi, şişin aparılan müalicəyə cavab vermədiyini göstərir. Bütün gücümüzlə lazımi müalicələri həyata keçiririk".

Qeyd edək ki, 6 gündür müalicəsi davam edən Aydoğanın çərşənbə günü oyandırılması gözlənilirdi. Lakin müayinələrin nəticəsi buna imkan verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə