“Baku Fashion Week” tədbirinə həsr edilmiş mətbuat konfransı keçirilib
"Excelsior Hotel Baku" otelində "Baku Fashion Week" tədbirinə həsr edilmiş mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, mətbuat konfransında FMS məktəbinin rəhbəri Lyubov Quturova, Hafiz Ağayev, layihənin baş rejissoru Nina Drako, İD Fashion telekanalının prodüseri Vasiliy Klimçuk və məşhur italiyan dizayneri Andrea Lazarri iştirak ediblər.
Tədbirdə danışan Hafiz Ağayev bildirib ki, bu il onlar modapərəstlərə tamamilə yeni moda həftəsi və müxtəlif sürprizlər təqdim edəcəklər.
Mətbuat konfransında FMS məktəbinin rəhbəri Lyubov Quturova söz alaraq söyləyib ki, agentliyi bir neçə yenilik hazırlayıb: "Bu il "Baku Fasion Week" tədbiri Bakı Dəniz vağzalı ərazisində açıq havada keçiriləcək. Bunu hələ heç kim etməyib. Bizim moda həftəsini italyan dizayneri açıq elan edərək öz kişi kolleksiyasını təqdim edəcək. Bu vaxta qədər biz kişi kolleksiyalarını heç zaman nümayiş etdirməmişik. Bu birinci dəfə olacaq. Həmçinin, Azərbaycan dizaynerinin uşaq paltarları kolleksiyası da nümayiş olunacaq".
Layihənin rejissoru Nina Drako mərasimdə tanınmış dizaynerlərin kolleksiyalarını nümayiş olunacağını söyləyib: "Əminəm ki, layihə bizim üçün uğurlu olacaq və inkişaf edəcək".
İtaliyan dizayner Andrea Lazarri Bakı haqqında danışıb: "Azərbaycana ilk dəfədir gəlirəm. Bakı olduqca gözəldir".
Qeyd edək ki, "Baku Fashion Week 2016" tədbirinin təşkilatçıları FMS Models moda agentliyi, prodüser mərkəzi Hafiz Ağayev və İD Fashion beynəlxalq telekanalıdır.
Nümayişlərin cədvəli:
13 may
18.30. açılış
19.00. Andrea Lazzari (Plus Que Ma Vie)
19.45 Uventa fashion House
20:30 - Anna Zhabnyak
14 may
18.30. açılış
19.00. Ruta
19.45. Di Lusso by Zulfiyya Seyidaliyeva
20.30. Birləşmiş nümayiş
Lalə Ağayeva
Nərgiz Muxtarova
Ülkər Hüseynova
15 May 16
19.30. Açılış
19.00. Gülüm Əsədullayeva
19.45. Sehri Rəhimova
20.30. La Li, dizayner Laine Alberinga
13 may tarixindən 15 may tarixinə qədər səhər saat 11.00-dan axşam saat 00.00-a qədər şou-otaqlar işləyəcəklər.
Andrea Lazzari (İtaliya)
Ruta (Ukrayna)
Tako Dvalishvili (Gürcüstan)
Zülfiyyə Seyidəliyeva tərəfindən Di Lusso
Günay Quliyeva (Azərbaycan)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB