Azərbaycanlı müğənni səhnədən uzaqlaşmasının səbəbini açıqladı

Azərbaycanlı müğənni səhnədən uzaqlaşmasının səbəbini açıqladı

Müğənni Elnar Xəlilovun səhhətində problem yaranıb. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "Xeyli müddətdir ki, efirlərdə yoxam. Buna səbəb səhhətimdə yaranan problemim idi. Belə ki, boğazımda şiş əmələ gəlmişdi. Əməliyyat olundum. Yenidən bir neçə aydan sonra boğazımdakı artıq ətləri kəsdirmək üçün cərrahiyyə masasına uzanacam. Hələ ki, yaxşıyam. Səhhətim normal olan kimi həmkarım Damlayla "Cavabsız sevgi" adlı mahnını duet oxudum. Həmin bəstəni ekranlaşdırırıq. Klip 1 həftəyə hazır olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə