Ermənistan "Eurovision"da növbəti təxribata əl atıb. SİA-nın verdiyi xəbərə görə, ölkənin ictimai yayım edən "Hayastan 1 TV" kanalı dünən yayımlanan ikinci yarımfinalda Ukraynanı təmsil edən Jamalanın ifası zamanı efiri kəsib. Buna səbəb isə müğənninin "1944" mahnısında tatarca sözlərdən istifadə etməsi olub. Jamalanın mahnısının nəqarətində Krım türkcəsində oxuduğu zaman ekran qaralıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub.
Qeyd edək ki, əsl adı Suzana Camaləddinova olan Camalə (Jamala) səhnədə Krım tatarlarının 1944-cü ildə Orta Asiyaya deportasiyasından bəhs edən mahnı oxuyub. Mahnı ingiliscə olsa da, xor tatarca səsləndirilib. Jamalanın atası tatar, anası isə ermənidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB