Yeganə: "Boşandığımı deyən insanlar boşboğazdır"

Yeganə: "Boşandığımı deyən insanlar boşboğazdır"

Türkiyəli iş adamı ilə ailə quran müğənni Yeganənin boşandığı iddia olunur. SİA-nın verdiyi xəbərə görə, məsələ ilə əlaqədar olaraq ifaçıdan cavab gəlib: "Azərbaycanda kinoya çəkildiyim üçün Türkiyəyə, həyat yoldaşımın yanına gedə bilmirəm. Övladımla burda qalıram. Yoldaşım bəzən yanımıza gəlir. Azərbaycanda olduğum üçün boşandığımı söyləyirlər. Belə insanlar boşbağazdır. Ayrılsam belə qəbahət deyil. Heç kimdən də gizlətmərəm. Şəxsi həyatım özümə məxsusdur, kənardakılara yox".

Bütün xəbərlər Facebook səhifəmizdə