Səmra 4-cü sıradadır

Xəbər verdiyimiz kimi, İsveçin paytaxtı Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. SİA-nın verdiyi xəbərə görə, keçirilən gecədən sonra qaliblərin adları açıqlanıb və püşkatma keçirilib.

Final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Ölkəmizi "Eurovision-2016" mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü nömrə altında çıxacaq.

Təmsilçilər aşağıdakı ardıcıllıqla səhnəyə çıxacaqlar:

1. Belçika

2. Çexiya

3. Niderland

4. Azərbaycan

5. Macarıstan

6. İtaliya

7. İsrail

8. Bolqarıstan

9. İsveç

10. Almaniya

11. Fransa

12. Polşa

13. Avstraliya

14. Kipr

15. Serbiya

16. Litva

17. Xorvatiya

18. Rusiya

19. İspaniya

20. Latviya

21. Ukrayna

22. Malta

23. Gürcüstan

24. Avstriya

25. Böyük Britaniya

26. Ermənistan

Bütün xəbərlər Facebook səhifəmizdə