İbrahim Tatlıses 26 ildən sonra qızına qadağa qoydu

İbrahim Tatlıses 26 ildən sonra qızına qadağa qoydu

İbrahim Tatlıses 26 il sonra qəbul etdiyi qızı Dilan Çıtakın səhnə fəaliyyəti ilə bağlı qərar verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Tatlıses Taksimdə klubların birində səhnəyə çıxmağa hazırlaşan qızına qadağa qoyub. Belə ki, bundan sonra Dilanın yaradıcılığı ilə bağlı atası qərar verəcək. İfaçının qızı albomu işıq üzü görənə qədər heç bir məkanda səhnəyə çıxmayacaq.

Qeyd edək ki, Dilan İ.Tatlısesin sözlərinə əməl edərək, klubda olacaq konsertini ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə