"Baku Fashion Week" adlı moda həftəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Bakıda keçiriləcək Dünya Moda Həftəsində azərbaycanlı dizaynerlər ilə yanaşı, onların ukraynalı, gürcü və litvalı həmkarları da iştirak edəcək. Həftənin xüsusi qonaqları sırasında Türkiyənin aparıcı modelyeri Ahmed Günəş və xoreoqraf Asif Çağlı da olacaq. "Baku Fashion Week" layihəsi üzrə təşkilatçı Hafiz Ağayevdir. Nümayişin təşkilat komandasının üzvlərindən biri belaruslu quruluşçu rejissor Nina Drakodur.
Builki moda həftəsi qeyri-adi yerdə keçiriləcək. Belə ki, Bakı Beynəlxalq Dəniz Vağzalı dünya moda markalarının və brendlerinin orijinal nümayişlərinin keçirildiyi yerlər arasına daxil olacaq. Moda həftəsi hər zaman özünəməxsusluğu ilə seçilən "pret-a-porte" kişi geyimləri markası sayılan "Plus Que Ma Vie"nin nümayişi ilə açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB