Müğənni Sibel Can ailə qurmağı planlaşdırır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gəlinlik libasını da sifariş edən ifaçı altı ay əvvəl Monakoda tanış olduğu ingilis iş adamı ilə Ramazan bayramından sonra ərə gedəcək. Toy müğənninin Fransanın turistik bölgəsi ola Cote d’Azurdakı evində baş tutacaq. Mərasimdə Sibelin 40-a yaxın tanışı iştirak edəcək.
Cütlük artıq toy hazırlıqlarına başlayıb. Gəlinlik libasını Nur Yerlitaş tikəcək. S.Can ondan bəyaz və sadə gəlinlik istəyib.
Qeyd edək ki, S.Can 1988-ci ildə ərə getdiyi Hakan Uraldan 1999-cu ildə boşanmışdı. Bu evliliyindən bir oğlu və bir qızı olan müğənni 2000-ci ildə Sulhi Aksütlə ailə qurmuşdu. 10 il sürən bu evlilikdən də S.Canın bir oğlu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB