Teymur Əmrah: "Mahnımı rejissora həvalə edə bilmərəm"

Teymur Əmrah: "Mahnımı rejissora həvalə edə bilmərəm"

Əməkdar artist Teymur Əmrah türk mahnısı oxuyan ifaçılara irad bildirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Azərbaycanda yeganə ifaçısıyam ki, nə türk mahnısı oxumuşam, nə də klip çəkdirmişəm. Türk bəstələrini dinləməyi sevirəm, oxumağı yox. Qaldı ki klip çəkdirməyimə, heç bir mahnımı rejissora həvalə edə bilmərəm. Məsələn, "Bu dünya bir nərdivandır" mahnısını oxumuşam. Heç bir rejissor bu bəstəni hiss edib, çəkə bilməz. Klipdə nərdivan qoymaq lazım deyil. Sadəcə olaraq, gözəl ekran işi ərsəyə gətirmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə