Müğənni: "Zakir məni sevmirdi"

Müğənni Könül Kərimova həmkarı Zakir Əliyevdən söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Zakirlə sinif yoldaşı olmuşuq. Çox kasıb ailənin uşaqları idik. Müəllimimiz xalq artisti Arif Babayev idi. Uşaqlıq illərimizdə çox saf idik. Onu da deyim ki, həmin illərdə Zakir məktəbdə qız sevirdi. Məni istəmirdi. Ona qarşı sevgi hisslərim yox idi. Amma sevsəydim belə gizlədərdim. Həm də o ərəfələr kifir qız idim. İndi qəşəngləşmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə