Əməkdar artist Baloğlan Əşrəfov özü haqda maraqlı fikirlər səsləndirib. SİA-nın verdiyi xəbərə görə, o, bunları deyib: "Populyarlıq sevilmək demək deyil. Sevilmək üçün də sənətin, seçdiyin mahnılar, insanlarla münasibətin yaxşı olmalıdır. Allahımdan razıyam ki, sevilib, tanınıram. Hər şeyi pillə-pillə əldə etmişəm. Yaddaşlarda qalmışam. Mahnı ifa edən də belə diqqətlə oxuyuram. Dövlətimə, vətənimə bağlı sənətçiyəm. 42 ildə qazandığım hörməti 1 anda itirə bilərəm. Ona görə hər şeyə diqqət edirəm. Xalqımızla münasibət qurmağa çalışıram. Bəzi ifaçılar kimi özümü öymürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB