Uzun müddətdir şizofreniyadan əziyyət çəkən aktyor Arda Kural keçən il maddi çətinliklərinə görə yaşadığı evindən çıxmışdı. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə,evinin baxçasında yaşayan və qonşuları tərəfindən polisə şikayət edilən aktyorun 25 gündür itkin düşdüyü deyilirdi.
Anasının onu axtardığı deyilən A.Kuralla bağlı Büyükçekmece Bələdiyyəsindən açıqlama verilib. Açıqlamada deyilir ki, aktyorun itkin düşməsi xəbərləri yalandır. O, hazırda anası ilə birgə yaşayır, dərmanlarını vaxtında atdığı üçün sağlamlığı yerindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB