“Muhteşem yüzyıl – Kösem”də daha bir ayrılıq

“Muhteşem yüzyıl – Kösem”də daha bir ayrılıq

10 ildən sonra ekranlara geri dönən aktrisa Hülya Avşar "Muhteşem yüzyıl – Kösem" serialı ilə vidalaşır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Safiye Sultan obrazını canlandıran H.Avşar 30-cu bölümdə layihədən gedəcək. Tarixi serialın yeni mövsümündə 4-cü Murad dövrü başlayacaq.

Qeyd edək ki, aktrisa-müğənninin serialda üzünə edilən xüsusi effektlər və zəif olan aktrisalığı tənqid mövzusu olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə