“Eurovision 2016” mahnı müsabiqəsinin yarımfinalında Ermənistana ETİRAZ

Ermənistan təmsilçisi İveta Mukuçyan yarımfinaldan sonra keçirilən mətbuat konfransında qondarma "Dağlıq Qarabağ respublikası"nın "bayrağı"nı "Eurovision" mahnı müsabiqəsində dalğalandırmasını guya ölkəsinin sülhün tərəfdarı olması ilə əlaqəndirib. SİA-nın verdiyi xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədov mətbuat konfransında Ermənistan tərəfinin növbəti təxribatına etirazını bildirib. O, Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tərkib hissəsi olduğunu vurğulayaraq deyib: "Dünyada heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayıb. Dağlıq Qarabağ beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi olaraq tanınır. Buna görə də qondarma Dağlıq Qarabağın "bayrağı"nın "Eurovision" səhnəsində dalğalandırılması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. İnanıram ki, Təşkilat Komitəsi bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə