Müğənni sevgilisinə surpriz doğum günü keçirdi FOTOLAR

Müğənni sevgilisinə surpriz doğum günü keçirdi FOTOLAR

Müğənni Murat Boz 31 yaşı tamam olan sevgilisi Aslı Enver üçün doğum günü keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, partidə cütlüyün ailələri və yaxınları da daxil olmaqla sadəcə 25 nəfər iştirak edib. Tort kəsildikdən sonra Murat Boz Aslı üçün çəkdirdiyi klipi izlətdirib. Klipin sonunda kövrələn Aslı sevgilisinə sarılaraq dodağından öpüb.

Müğənni jurnalistlər foto çəkməsin deyə, məkanın işçilərindən xahiş edib ki, pəncərələri divandakı yastıqlarla tutsunlar. Gecənin sonunda ailələri ilə birgə çölə çıxan cütlük evlilik suallarını da cavabsız buraxıb əl-ələ tutaraq avtomobillərinə miniblər.

Partidə jurnalistlərin sual vermək imkanı qazandığı M.Bozun atası Cafer Boz "Evlilik nə vaxtdır? Nəvə sahibi olmaq istəyirsiniz" suallarına "hər ata oğlunu evləndirib nəvə sahibi olmaq istəyər. Aslını çox sevirəm, amma bunlar təhlükəli suallardır" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə