Müğənni Elçin Hüseynov toylarda başına gələn hadisədən söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı ona paxıllıq edən həmkarlarından da danışıb: "Bildiyiniz kimi, biz müğənnilərin gününün əksəriyyəti el şənliklərində keçir. Başımıza çox hadisə gəlir. El şənliklərinə yarım saatlıq gedəndə elə an olub ki, bütün toyu aparan müğənni mikrafonun səsini azaldıb, ya musiqiçilərə bildirib ki, yaxşı çalmayın. Bu cür ifaçılar paxıldır. Onlara mənfi hərəkətlərini deyəndə qəbul etmirlər. Odur ki, belə insanların düzgün yola gəlməyini gözləməyin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB