Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycanı təmsil edən Səmra Rəhimli 14 nömrə altında "Miracle" mahnısını ifa edib. Birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Səmra Rəhimlidən başqa yarımfinalda Ukrayna, Macarıstan, Yunanıstan, Rusiya, Niderland, Ermənistan, Moldova, San-Marino, Finlandiya, Xorvatiya, Avstriya, Bosniya və Herseqovina, İslandiya, Kipr, Monteneqro, Çexiya və Estoniyanın nümayəndələri çıxış ediblər.
Səmra Rəhimli, səs çoxluğu qazanıb. 14-cü yerdə çıxış edən Səmra ilk olaraq yarımfinala keçib. İlk 5-likdə Azərbaycanla yanaşı, Rusiya, Niderland, Macarıstan və Xorvatiya olub.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb.
Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirilib. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB