Aktrisanın 1 aprel zarafatı gerçək oldu BOŞANDI

Aktrisanın 1 aprel zarafatı gerçək oldu BOŞANDI

Məşhur model Tuğa Özay verilişlərin birində qonaq olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, model canlı yayımda bitən evliliyi barədə ilk dəfə açıqlama verib."Həyat yoldaşım ilə evliliyimiz "Survivor"a getmədən əvvəl rəsmi olaraq bitdi. Yoldaşımla telefonla danışdıq. Çox gözəl şeylər söylədi. Onun da həyatında biri var. 8 illik münasibətimizin ilk 4 ili çox gözəl idi. O evdar, yaxşı ürəkli, düzgün və keyfiyyətli bir insandır. Mən ona 1 apreldə bir zarafat etdim, mesaj atdım, mən boşanmaq istəyirəm dedim. O da mənə zəng vurub dedi ki, bu nə deməkdir? Zarafat etdiyimi söylədim. 1 ay sonra isə biz həqiqətən boşandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə