Hazırda xəstəxanada yatan aktrisa Oya Aydoğandan yeni xəbər var. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 12 saatlıq əməliyyatdan sonra sənətçi reanimasiyadadır. Xəstəxananın verdiyi rəsmi açıqlamada Aydoğanın hələ 24 saat da yuxuda qalmalı olduğu deyilir:
"Vəziyyət hələ ciddidir. İkinci əməliyyat hələ düşünülmür. Amma xəstənin vəziyyətini təqib edən parametrlərə görə, əvvəlki günlərə nisbətən xeyli irliləyiş var".
Qeyd edək ki, aktrisanın xəstəxanada olduğunu eşidən məşhurlar Bülent Ersoy, Orhan Gencebay, Nur Yerlitaş, Hülya Avşar, Ece Erken, Sevim Emre, Hande Yener, Merve Sevi, Nuri Alço, Nebahat Çehre, Sibel Can və digərləri onu görmək üçün xəstəxanaya gediblər.
Xatırladaq ki, sevilən aktrisa aorta damarının cırılması nəticəsində xəstəxanaya yerləşdirilib.
(3).jpg)
(3).jpg)
(3).jpg)
(2).jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB