Bu gün İsveçin paytaxtı Stokholm şəhərində "Eurovision- 2016" Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycanı bu gecə Səmra Rəhimli "Miracle" ("Möcüzə") adlı mahnı ilə təmsil edəcək. Müğənni səhnəyə 14-cü çıxacaq. Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı da olacaq.
Qeyd edək ki, ilk yarımfinalda Azərbaycanla yanaşı, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçıları da yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB