Vüsalə və Yaşar üçün özəl gün

Vüsalə və Yaşar üçün özəl gün

Müğənni Yaşar Cəlilovla prodüseri Vüsalə Kərimova özəl günlərini qeyd edirlər. SİA-nın verdiyi xəbərə görə, bu haqda Vüsalə danışıb: "Bu gün Yaşar Cəlilovla əməkdaşlığımızın nə az, nə çox 5 ili tamam olur. Bu illər ərzində bizə deyilməyən söz, atılmayan şər-böhtan qalmadı. Yaşarın sənət yoldaşlarının əksəriyyəti və adi insanlar belə onunla işlədiyimə görə qısqandı, paxıllıq etdi. Çünki biz birlikdə çox iş gördük. Yorulmadıq, usanmadıq. Həm mənəvi, həm maddi çox əziyyət çəkdik. Amma bir-birimizə dayaq durduq. Münasibətimizi pozmağa çalışanlar oldu. Yanımızda ancaq ailəmiz və yaxın dostlarımız vardı. Bizi yalnız biz anladıq. Yaşarla məni gecələr düşünüb yuxusu ərsəyə çəkilənlər nə işimizə, nə də dostluğumuza kölgə sala bilmədilər. Biz daha da gücləndik, bərkidik, möhkəmləndik, dik durduq. Mənimlə onun belə qalmağımıza səbəb münasibətimizdəki hörmətdən, inamdan, etibardan irəli gəlir. Yaşar, sənin səhnədə duruşun, ifan mənim üçün bir dünyanı ayaq altına almağa dəyər. Bundan sonra 50 il keçsə də bil ki, arxanda, axtardığın hər yerdəyəm. Təki sənin səsin gəlsin".

Bütün xəbərlər Facebook səhifəmizdə