Müğənni Fərhad Bakinski yaradıcılığında yenilik edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı sözləri və musiqisi özünə aid "Vozmi menya s soboy" ("Məni də özünlə apar") mahnısını ekranlaşdırıb. 2 günə başa gələn klipi rejissor Nail Naiboğlu lentə alıb. Ekran işində 17 yaşlı ukraynalı model Darina Prihodko də çəkilib. Sujet xətti olan klipdə Fərhad Bakinskini rok qrupu müşayiət edib. Çəkilişlərin əksər hissəsi İçərişəhərdə baş tutub.

.jpg)



.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB