Məşhur simalar 13 il sonra yenidən bir arada FOTO

Məşhur simalar 13 il sonra yenidən bir arada FOTO

2002-2003-cü illərdə reytinq rekordları qıran "Asmalı konak" serialının ikilisi Nurgül Yeşilçay və Özcan Deniz 13 il sonra yenidən bir araya gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, tanınmış simalar yeni filmə çəkilir. "İkinci şans" adlanan filmin məşqləri artıq başlayıb. Əsas çəkilişlər isə qarşıdakı günlərdə start götürəcək.

Ö.Denizin filmin ssenarisini 7 il əvvəl yazdığı, ancaq Nurgülün və özünün baş qəhrəmanlara uyğun yaşa gəlmələrini gözlədiyi məlum olub. Ekran işi aktrisaya 40 yaş hədiyyəsi olaraq ortalığa çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə