Küçələrdə böyüyən Doğuş hər kəsi ağlatdı

Küçələrdə böyüyən Doğuş hər kəsi ağlatdı

Teleaparıcı Xoşqədəm Hidayətqızı və Doğuşun ötən gün dünyaya gələn əkizlərdən birinin ilk fotosu sosial şəbəkədə paylaşılıb. SİA-nın verdiyi xəbərə görə, əkizlərdən digəri küvəzdə saxlanılır. Ana və övladlarının vəziyyətinin yaxşı olduğu bildirilir.

Ata-ana qayğısı görməyən Doğuş ata olarkən keçirdiyi hissləri sosial şəbəkədə paylaşıb. Onun yazdıqları hər kəsi kövrəldib: "Bir gün ata olacağımın xəyalını belə etməmişdim. 2014-cü ilin oktyabrında bütün dünyam dəyişdi. Ana, ata sevgisi görməyən, körpəlikdən tərk edilən, küçələrdə böyüyən mən Orhan Baltacı Doğuş bir gün mənim də uşağımın küçələrdə, çəkdiyim iztirabları çəkəcəyini hər zaman düşündüm. Qorxdum, qərar vermişdim bu dünyadan köçərkən arxamda bir gözü yaşlı övlad buraxmadan gedəcəyəm. Amma uca Rəbbim mələk üzlü uşaqları, dəlicəsinə sevən bir qadını qarşıma çıxarmaqla verdiyim qərarı alt-üst etdi. Özüm-özümə dedim: "Sən uşağına yaxşı baxmaqla, övladlarını atan valideynlərə bir dərs verməlisən. Özün uşaq ikən xəyal etdiyin uşaqlığını övladlarına yaşatmaqla, uşaqlarını tərk edən valideynlərin doğru yola gəlməsinə nail olmalısan". Bu gün mən sənədlərdə adı Orxan Baltacı olan, amma uşaqlığını, çəkdiyi iztirabları unutmaq üçün adından belə imtina edən, yenidən doğmaq adına öz adını dəyişdirərək Doğuş adını verən mən Doğuş ata oldum. Bu sözlə ifadə ediləcək kimi deyil. Göz yaşlarım sel oldu. 42 illik ömrümdə nələr yaşamamışam, enişlər, yoxuşlar. Bəlkə kimisə sındırdım, bəlkə etdiyim bir səfehlik üzündən məni sevənlərdən kimləri itirdim. Bağışlayın. Bu gün yenidən doğdum. Belə sevinci həyatımda heç yaşamamışam. İlk dəfə gözlərimin içindəki illərdir məni tərk etməyən o kədərin yerinə sevinc doldu. Mən baba olmuşam, iki məsum, günahsız balamı qucağıma aldım. Bütün övlad gözləyən ailələrə bu sevinci dadmağı nəsib etsin Allahım".

Bütün xəbərlər Facebook səhifəmizdə