Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə onu qınayanlara sərt cavab verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı həmin kəslərin ünvanına bu sözləri yazıb: "Səhifəmdə paylaşılan şəkillər mənim şəxsi istəyimlədir və şəxsi işimdir. Kiminsə sifarişi ilə və ya kiminsə xoşuna gəlib-gəlməyəcəyini düşünmürəm. Çünki hər şeyin qədərini və həddini bilən insanam. Hörmətsiz deyiləm ki, buradakı insanları da hörmətsiz hesab edim. Boş-bekar, qatıq yeməyi sevən insanlara demək istəyirəm ki, yeyəndə kənara dağıtmayın. Sakit qatığınızı yeyin. Sözüm həddini və yerini bilməyənlər, ağzının qatığını dağıdanlar üçündür. Kimsə mənə şərh yazanda diqqətli olsun və çasmasınlar. Cavab verməyəcəyimə əmin olun, çünki kimsə çaşanda, demək, o insan yerini bilməyən və başında böyük qüsura sahibidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB