Tolqa Karel yenidən evləndi

Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel ikinci dəfə ailə həyatı qurub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor bir müddətdir bərabər olduğu amerikalı sevgilisi Sarah Skotti ilə nikaha daxil olub. Dominik Respublikasındakı Playa Las Ballenas adasında keçirilən toyda, cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib.

Qeyd edək ki, Tolqa Karel 2011-ci ildə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ilə ailə həyatı qurub. Onların Cahagir Can adında bir oğlu var. Günayla Tolqa 2014-cü ilə boşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə