Stokholmdakı "Globen Arena"da "Eurovision" iştirakçılarının məşqləri davam edir. SİA-nın verdiyi xəbərə görə, ötən gün 20 ölkə təmsilçisi mahnılarını canlı ifa edib, səhnə şousu göstəriblər. Artıq ikinci məşqdə müğənnilər "Eurovision"da geyinəcəkləri libaslarla səhnəyə çıxıblar.
Azərbaycan təmsilçisi Səmra Rəhimli də "Eurovision" səhnəsində çıxış edib. Həmyerlimiz ilk məşqinə nisbətən uğurlu çıxış edib. S. Rəhlimli "Globen Arena" səhnəsində ağ və qızılı rəngli iki geyimdən istifadə edib. İki geyim arasında qərarsız qalan müğənni sosial şəbəkədə paylaşım edib, fanatlarından ona kömək etmələrini xahiş edib. Daha sonra Səmranın başına iş gəlib. Belə ki, S.Rəhimli səhnədə şou göstərən zaman paltarı cırılıb.
Həmin anın fotoları "Eurovision" fan səhifələrində paylaşılıb. Müğənni məşqdən sonra mətbuat orqanları ilə görüşüb, onların suallarını cavablandırıb. "Eurovision" iştirakçısı hələ də səhhətinin düzəlmədiyini vurğulayıb.
İfaçı mətbuat konfransında Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i ifa edib.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB