Doğuşla Xoşqədəmin əkiz övladı oldu

Doğuşla Xoşqədəmin əkiz övladı oldu

Türkiyəli müğənni Doğuşla ailəli olan teleaparıcı Xoşqədəm Hidayətqızı ikinci dəfə ana olub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyəli sənətçi Demet Akalın sosial şəbəkədə yazıb. O, Doğuşu təbrik edərək, əkiz oğul atası olduğunu sevinclə bildirib.

Qeyd edək ki, əkiz uşaqlar Türkiyənin "Şişli Kolan İnternational" Xəstəxanasında dünyaya göz açıb. Uşaqların və ananın səhhətinin normal olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə