Kərim Abbasov: “Məndən yoxdur, yaraşıqlıyam" MÜSAHİBƏ-FOTOLAR

Kərim Abbasov: “Məndən yoxdur, yaraşıqlıyam" MÜSAHİBƏ-FOTOLAR

Müğənni Kərim Abbasovun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-Kərim yaradıcılığınızda hansı yeniliklər var?

-Əməkdar artist Mətanət İsgəndərli ilə "Əllərin əlimə dəymir nə vaxtdı" adlı duet oxumuşam. 2 aydır hazır olan həzin mahnının sözləri Sevinc Şirinə, musiqisi mənə məxsusdur. İki insanın fəryadından bəhs edən bəstəyə sentyabr ayında klip çəkdirəcəyik. Mahnını ekran işi ilə birlikdə tamaşaçılara təqdim edəcəyik.

-Söylədiyiniz kimi, bəstəkarlıq edirsiniz. Nə vaxtdandır ki, bəstəkarlarımıza müraciət etmirsiniz?

-Son 3 ildir ki, heç bir bəstəkarın mahnısını ifa etmirəm. Amma bir neçə gün bundan öncə bəstəkar Nailə Mirməmmədlinin mahnısını oxudum. Həmin bəstəni xalq artisti Nisə Qasımova da səsləndirmişdi.

-Elə musiqiləriniz varmı ki, onu hansısa sənət dostunuza satasınız?

-Mən mahnı satmıram. Çünki mənim bəstələrimin qiyməti yoxdur. Mahnını yazıram ki, ancaq özüm oxuyum. Nota aldığım parçaları heç bir sənət dostuma verə də bilmirəm. Çünki mahnılarıma qarşı həssasam. Onların kimsə tərəfindən oxunaraq pis hala salınmasından qorxuram. Nəğmələrimə qarşı paxılam. Bundan sonra 5 il mahnı yazmasam da mənim bəstə balansım var. Çünki elə musiqilərim var ki, hələ onları üzə çıxarmamışam. Repertuarımda özümə məxsus ən az 10 mahnı var. Bəstəkar olmaq fikrim yoxdur. Heç ola da bilmərəm. Sadəcə olaraq, mən həvəskar bəstəkaram.

-Bildiyimiz kimi, fotosessiya etdirməyi çox sevirsiz. Yenidən fotokamera önünə keçmək fikriniz varmı?

-Bəli, yenidən fotosessiya etdirəcəm. Belə ki, bu dəfə şəkillərim fotoqraf Elgün Zaman tərəfindən Qəbələdə otellərin birində lentə alınacaq. Həmin fotolarda xariqələr yaradacam. Şəkil çəkdirməyi sevirəm. Bütün fotolarda da yaraşıqlı düşürəm.

-Hər zaman yaraşıqlı olduğunuzu iddia etmisiniz...

-Bu doğurdan da belədir. Çünki həqiqətən məndən yoxdur, yaraşıqlıyam. Özüm üçün ölürəm.

-Fərqli geyim tərziniz var. Bu cür paltarları geyinməyə sizə kim məsləhət verir?

-Bütün geyimləri özüm seçirəm. Paltarlarımın əksəriyyətini İstanbuldan alıram. Mənə nə yaraşırsa, onu da geyinirəm. Heç bir stilistlə çalışmıram. Zövqümə etibar edirəm. Hətta saç düzümümü belə özüm edirəm.

-Yerli stilistlərin əl qabiliyyətini bəyənmirsiniz?

-Stilistlərimizi bəyənirəm. Çoxu ilə də dostluq edirəm. Sadəcə olaraq, görünüşümlə bağlı hər şeyi özüm etmək istəyirəm və bunu da bacarıram.

-Müğənni, stilist, rəqqas, bəstəkar bu sahələri bir arada idarə etmək sizin üçün çətin deyil?

-Xeyir çətin deyil. Hər barmağımda bir bacarığım var.

Fotolar: Cəlil Rəcəbli

Bütün xəbərlər Facebook səhifəmizdə