Dizaynerimiz “Xarı bülbül” moda kolleksiyasını təqdim etdi FOTOLAR

Dizaynerimiz “Xarı bülbül” moda kolleksiyasını təqdim etdi FOTOLAR

Azərbaycanlı dizayner Yeganə Sadıxova "Xarı bülbül" moda kolleksiyasından olan yeni fotosessiyanı təqim edib. SİA-nın verdiyi xəbərə görə, dizayner yeni kolleksiyasını Qarabağın baş tacı olan Şuşaya və yeganə olaraq Şuşada bitən "Xarı bülbül" gülünə həsr edib. O, bu haqda danışaraq ətraflı məlumat verib: "Bu çox qeyri-adi güldür, ona diqqətlə baxanda bülbülə oxşadığını görmək olar. Elə ona görə də gülə belə ad veriblər. Mən qərara gəldim ki libasların dizaynında "Xarı-bülbülün" yarpaqlarına bənzər çalar qatım. "Xarı bülbül" mövzüsu mənə gədər heç bir modelyer tərəfindən işlənməyib. Bu da məni ilhamlandırdı. Əsas məqsədim hamıya bu gülün bizə, Qarabağımıza aid olduğunu göstərməkdir".

Qeyd edək ki, fotosessiyada model Sineray çəkilib. Layihənin vizajisti Ülkər Ramiz. Fotolar 1STudio-da fotoqrafı Samir Atabəy tərəfindən çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə