Dünya ulduzunun sevgilisi FOTOLAR

Müğənni Rihanna və həmkarı Dreykin sevgili olması barədə yayılan şayiələr öz təsdiqini tapıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl "Work" mahnısına çəkilən erotik klipi təqdim edən cütlüyün yaxın ətrafı onlar arasındakı güclü sevgini etiraf edib:

"Onlar münasibətlərini gizlədirlər. Çünki bu dəfə həyatlarında hər şeyi düzgün etmək istəyirlər. Şəxsi həyatlarının ictimailəşməsini xoşlamırlar".

Bir neçə konsertdə səhnədə birgə görünən sevgililər bir neçə gün bundan öncə gecə klublarının birində əylənərkən görüntüləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə