Tünzalə Ağayeva: "Musiqiyə biznes kimi baxanlar uçuruma gedir"

Tünzalə Ağayeva: "Musiqiyə biznes kimi baxanlar uçuruma gedir"

Əməkdar artist Tünzalə Ağayeva maraqlı etiraflar edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Tamaşaçılar üçün darıxmışam. Verilişlər mənə bəs etmir. Canıma yığılan enerji məni yatmağa qoymur. Səhnə mənim mənəvi evimdir. Səhnədə olanda rahatlıq tapıram. Biz müğənniləri yaşadan musiqidir, işimizin aşiqiyik. Ticari mənada bu sənətə yanaşmaq olmaz. Musiqiyə biznes kimi baxanlar uçuruma gedir".

Sənətçi tanınmışlığından da söz açıb: "Mən populyar müğənni olmaq üçün yaşamamışam. Həyat məni məşhurlaşdırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə