Prodüser Tarix Əliyev (Tolik) birlikdə çalışdığı müğənnilər Elton Hüseynəliyev, Sevil və Sevinc haqqında yayılan şayiələrə son qoyub. SİA-nın verdiyi xəbərə görə, Tolik ayrılma xəbərlərinin yalan olduğunu bildirib: "Mən başımı aşağı salıb Sevil və Sevincin, Elton Hüseynəliyevin işlərini görürəm. Kimlərsə arada söz yayır ki, guya biz ayrılmışıq, dava etmişik. Allah sizin də işlərinizi rast gətirsin. Artıq bilmirsiniz ki, nə danışasınız. Amma narahat olmayın, bizdə hər şey əladır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB